Ukrayna iqtisadiyyatının iki illik müharibədən sonra bərpası üçün 486 milyard dollara ehtiyac olduğu açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) hesabat yayıb.
Hesabatda Ukraynanın müharibə səbəbindən birbaşa olaraq 152 milyard dollar zərər çəkdiyi göstərilib.
Həmçinin, hökumətin tikinti və bərpa kimi prioritet vəzifələr üçün bu il 15 milyard dollara ehtiyacı olacağı bildirilib.
Bundan əlavə, ölkə iqtisadiyyatının dirçəlməsi üçün yaxın 10 ildə ümumilikdə 486 milyard dollara ehtiyac olduğu vurğulanıb.
Qeyd edək ki, bu vəsaitin 17 faizinin mənzil tikintisinə, 15 faizinin nəqliyyata, 14 faizinin ticarət və sənayeyə, 12 faizinin kənd təsərrüfatına xərclənəcəyi bildirilib.
Aysu Demokrat.az


