Seneqalda etiraz aksiyalarının qarşısını almaq üçün internet bağlantısı kəsilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə fevralın 25-də baş tutacaq prezident seçkilərinin təxirə salınması ilə keçirilən etiraz aksiyaları narahatlığa səbəb olub.
Bu səbəbdən növbəti etiraz aksiyaları və insidentlərin qarşısını almaq üçün sözügedən addım atılıb.
Xatırladaq ki, fevralın 9-da seçkilərin təxirə salınmasına etiraz olaraq keçirilən nümayişlər zamanı polislə fəallar arasında qarşıdurma yaşanıb. Həmçinin nümayişlərdə 3 nəfər həyatını itirib.
Aysu Demokrat.az


