Hadisə

Gədəbəydə partlayış — 83 yaşlı kişi xəsarət aldı

Gədəbəydə partlayış — 83 yaşlı kişi xəsarət aldı

Gədəbəydə evdə qaz partlayıb.

Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az