Hadisə

Göyçayda avtomobilin vurduğu piyada öldü

Göyçayda avtomobilin vurduğu piyada öldü

Fevralın 11-i saat 19:00 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində avtomobil piyadanı vurub.

Bununla bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

NE
Nihadə Eyyubova