Hadisə

Sumqayıtda ürəktutma keçirən kişi dərəyə yuvarlandı — VİDEO

Sumqayıtda ürəktutma keçirən kişi dərəyə yuvarlandı — VİDEO

Sumqayıtda 53 yaşlı kişi faciəli şəkildə ölüb.

Yenisabah.azBaku TV-yə istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ürəktutma keçirən 1971-ci il təvəllüdlü Mahir Əhmədov dərəyə yuvarlanıb.

Onun cansız bədəni polis əməkdaşları tərəfindən aşkar edilib. Qonşusunun sözlərinə görə, mərhum yıxılanda içkili olub:

“Tikintidə işləyirdi, arada içirdi. Səhər-səhər oğlu zəng edib dedi ki, içkili olub, dənizin qırağında ürəyi tutub, yıxılıb”.

NE
Nihadə Eyyubova