Lənkəranda 1993-cü il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Xumara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Pərviz valideynləri ilə birlikdə yaşadığı evdə olarkən səhhətində narahatlığın yaranmasına valideynlərinin səbəbkar olduğunu və onunla ədavət apardıqlarını güman edib. O, atası Camal ilə sözlü mübahisə edib.
Bunu görərək mübahisənin qarşısını almağa çalışan anası Xumarın sinə nahiyəsinə həmin ailə-məişət münaqişəsi zəminində yumruğu ilə qəsdən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməli səmimi etiraf edib və peşman olduğunu söyləyib.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


