Gündəm Özəl

“Güc birlikdədir — dövlətimizin yanında olmalıyıq”

“Güc birlikdədir — dövlətimizin yanında olmalıyıq”

“Səs verdiyim 176 nömrəli məktəbdəki seçki məntəqəsində seçici fəallığı yüksək idi, həddindən artıq çox insan var idi. Bunun da səbəbi bizim qələbəmizdir. Xalqda Ali Baş Komandana böyük inam, etimad var”.

Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Mehriban Zəki deyib. Sevilən aktrisa qeyd edib ki, ən böyük uğurumuz ərazi bütövlüyümüzü bərpa etməyimizdir:

“Əminik ki, Qarabağda davam edən quruculuq işləri ilə bərabər ölkədə digər sahələrdə də problemlər zamanla həllini tapacaq. Ölkədə yoxsulluq, işsizlik faizi aşağı düşür, sahibkarlara dəstək artırılır, əhalinin rifahı naminə mühüm işlər görülür. Lakin tək əldən səs çıxmaz, hamı bərabər çalışmalıdır. Oturub bütün işləri yalnız bir nəfərin etməsini gözləsək, çətin olacaq. Necə ki, 44 günlük müharibədə əl-ələ verib qələbə qazandıq, bundan sonra da qarşımızda açılacaq yeni dövrdə də “güc birlikdədir” deyib dövlətimizin yanında olmalıyıq. Düşünürəm ki, birlik xalqımızı daha çox irəli apara bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova