“Ölkənin çox böyük bir problemi – Qarabağ məsələsi həll olunub. Və bunun həlli də Prezident İlham Əliyevin adı ilə bağlıdır. Xalqın problemini həll edən şəxsə səs vermək üçün vətəndaşlar fəallıq göstərirlər. Açıq sezmək olur ki, əksəriyyətin seçkilərdəki namizədi hazırkı Prezident İlham Əliyevdir”.
Bunu Demokrat.az-a açıqlamasında filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyib. O, builki seçkilərin əvvəlkilərdən fərqləndiyini xüsusi qeyd edib:
“Nəsimi rayonu 22 saylı seçki dairəsi 5-ci məntəqədə səs verdim. Kifayət qədər fəallıq müşahidə etdim. Səs verməyə gələn vətəndaşların sayı çox idi, ailəvi gələnlər də vardı. İnsanlarda xüsusi coşqu hiss etdim. Müşahidəçilər də seçkiləri aktiv şəkildə müşahidə edirdilər. Təxminən bir saat növbədə dayandım. Hər hansı bir gərginlik, insident hiss etmədim. Hər şey öz axarında davam edirdi”.
Törə Zeynallı Demokrat.az


