“Prezident seçkilərində səsvermə hüququndan istifadə etdim. Hər şey normal keçdi, heç bir narahatlıq olmadı”.
Bunu Bizim.Media-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov deyib.
E. Məmmədov saytımıza açıqlamasında hazırki faəliyyətindən söz açıb:
“Mən hazırda aktiv siyasətlə məşğul deyiləm. Boş vaxtlarımda müşahidə edirəm, mütaliə edirəm, ailəmlə vaxt keçirirəm”.





