Qarabağ

Şuşada səsvermə BAŞLADI

Şuşada səsvermə BAŞLADI

İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir.

Demokrat.azxəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb.

Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib.

Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir.

D
demokrat.az