Xalq artisti Aygün Kazımova sevgi etirafları edib.
Axşam.az xəbər verir ki, Pop diva "7 Tamam" verilişində aparıcı Nanə Ağamalıyevanın sevgi ilə bağlı suallarını cavablandırıb.
"Həmişə sevgi dalğalarındayam. Sevgisiz mümkün deyil. Fikirlərimin də əvvəli, sonu sevgidir. Sevənlərim çoxdur, seçməyə vaxtım yoxdur. Adam səhv etməyə qorxur. Amma səhvlərin gətirib, səni sən edir. Səhvdən qorxan adam deyiləm. Eşq elədir ki, bu dəfə səhv olursa olmasın" deyə, Kazımova bildirib.


