Türkiyəli məşhur yazıçı Alev Alatlı dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir müddətdir xəstəxanada müalicə alan yazıçı 79 yaşında həyatını itirib.
Qeyd edək ki, Alev Alatlı sabah Eyüp Sultan məscidində günorta namazından sonra Mihrişah Valide Sultan qəbiristanlığında torpağa tapşırılacaq.

Aysu Demokrat.az


