“Bilirsiniz ki, həmin ərazilər açıq səyahət üçün hələ ki, bağlıdır. Biz də həmin ərazi (Naxçıvanik kəndi) işğaldan azad olunan kimi oraya getmək üçün müvafiq orqanlara müraciət etmişik və cavab gözləyirik”.
Demokrat.az xəbər verir ki, bu fikirləri mərhum telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı, fəaliyyəti dayandırılan ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev qardaşının adının Xocalıda əbədiləşdirilməsi ilə bağlı danışarkən bildirib.
Daha sonra Seyfulla Mustafayev deyib:

“Həmin ərazidə Milli Qəhrəman Çingiz Mustafayevə abidə ucaldılmasına gəldikdə, Milli Qəhrəmanlara ailəsi yox, dövlət abidə ucaldır. Əgər dövlət lazım biləcəksə, biz ailə kimi məmnuniyyətlə açılışda iştirak edərik. Amma bundan əvvəl biz də həmin ərazini sadəcə ziyarət etmək istəyirik”.
Xatırladaq ki, bir neçə gün öncə REAL TV-nin rəhbəri Mirşahin Ağayev 32 il sonra Xocalı faciəsinin törədildiyi əraziyə gedib.
O, 1992-ci il fevralın 26-da Xocalı düzündə qətlə yetirilən 613 şəhidin ruhuna hörmətlə həmin torpağa qərənfillər düzüb.
Elmar Heydərli Demokrat.az


