İranın Fars əyalətində naməlum silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində 2 polis əməkdaşı ölüb, 4 polis əməkdaşı isə yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi “İRNA” məlumat yayıb.
Məlumata görə, Fars vilayətinin Neyriz rayonunda avtomobilin içərisində olan silahlı şəxslər avtomobili saxlamaq istəyən təhlükəsizlik qüvvələrinə atəş açıb.
Hücum nəticəsində 2 polis əməkdaşı ölüb, 4 polis əməkdaşı yaralanıb.
Narkotik alverçiləri olduğu deyilən hücum edən şəxslər hadisə yerindən qaça biliblər.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


