Astara rayonunda 1972-ci il təvəllüdlü Vidadi qeyri-rəsmi münasibətdə yaşadığı Məsməyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az xəbər verir ki, hadisə ötən ilin noyabrın 7-də Astara rayonunin kəndlərindən birində baş verib.
Vidadi yaşadığı fərdi yaşayış evinin həyətində qeyri-rəsmi yaşadığı Məsmə ilə mübahisə edib.
O, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Məsmənin bədəninin müxtəlif nahiyələrinə ayağı ilə bir neçə zərbə vuraraq ona xəsarətlər yetirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi bildirib ki, hadisə günü, saat təxminən 19 radələrində yaşadıqları evdə olan zaman qeyri rəsmi yaşadığı Məsmə ilə arasında mübahisə baş verib:
“Mübahisə nəticəsində Məsmə ünvanıma xoşagəlməz ifadələr işlətdi. Mən isə əsəbləşərək ayağım ilə onun bədəninin müxtəlif nahiyyəsindən bir-neçə zərbə endirdim”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəızərə alıb. Bu səbəbdən Vidadinin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


