Bakının Xəzər rayonunda 1989-cu ildə Elmir yetkinlik yaşına çatmayan Rəşada (adlar şərti göstərilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elmir sərxoş vəziyyətdə öz cinsi ehtirasını pozğuncasına ifadə etmək qərarına gəlib.
Bu məqsədlə fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı özünə qarşı edilən hərəkətlərə müqavimət göstərmək, həmin hərəkətlərin xarakterini və mahiyyətini anlamaq qabiliyyətinə malik olan yetkinlik yaşına çatmayan Rəşadı Qala qəsəbəsi ərazisində yerləşən və içərisində heç kimin yaşamadığı yarımçıq tikiliyə aparıb.
Elmir Rəşadın köməksiz vəziyyətindən istifadə edərək orada arxa cibindən çıxardığı bıçağı ona nümayiş etdirib, əgər dediklərini etməsə onu öldürəcəyi hədəsi ilə qorxudub.
Daha sonra yumruqla Rəşadın başına vurub və zor tətbiq etməklə ondan iyrənc-əxlaqsız hərəkətlər etməsini istəyib.
Rəşad əvvəlcə onun bu istəyini yerinə yetirmək istəməyib.
Daha sonra özünə qarşı irəli sürülən hədənin real və həyata keçirilə bilən olduğunu düşünüb.
O, qorxu və təzyiq altında məcbur olaraq Elmir ilə razılaşıb. Sonra iyrənc hərəkətlər edib. Elmir Rəşada qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Hadisəni törədən Elmirin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, əvvəllər meyvə-tərəvəz satışı ilə məşğul olub:
“Son iki ayda şirkətində fəhlə kimi işləmişəm. Hadisə günü içkili olduğum üçün nəyi, necə və harada gördüyümü dəqiq xatırlamıram. Həmin gün iş görən zaman iki nəfər azyaşlı uşağın lambiri götürüb aparmaq istədiyini gördüm. İşimi yarımçıq qoyub onları saxladım.
Uşaqları əvvəllər görməmişəm və tanımamışam. Uşaqlardan biri məndən qorxub qaçdı, digərini isə saxladım. Saxladığım uşaqdan nə üçün lambiri aparmaq istədiyini soruşanda, həmin uşaq əvvəlcə lambiri götürmək istədiyini boynuna almasa da, sonradan etiraf etdi ki, həmin lambiri aparıb plastik məhsulların qəbulu məntəqəsinə satmaq niyyətləri olub. Daha əvvəl itmiş laqondamın da onlar tərəfindən götürülüb-götürülmədiyini uşaqdan soruşdum. Həmin uşaq laqondadan xəbərinin olmadığını dedi. Lakin uşağa inanmadım.
Etdiyim bu hərəkətə görə uşağı cəzalandırmaq qərarına gəldim. Ona görə də belə əxlaqsız hərəkətlər etdim. Lakin hadisə zaman üzərimdə bıçaq olmayıb. Həmin uşağa qarşı həmin əxlaqsız hərəkətləri edən zaman onun telefonuna anası zəng etdi. Mən də onu buraxdım. Törətdiyim əməldən peşmanam. İçkili olduğum üçün belə davranmışam. Hesab edirəm ki, normal insan belə hərəkətlər etməzdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən yer onun iş yeri olub:
“Spirtli içkini gündüz vaxtı, təxminən saat 11-12 radələrində içmişəm. Spirtli içki qəbul etdikdən sonra işləməmişəm. Həmin günü iş günü olmayıb. Sadəcə material gətirilməli olduğundan onları gözləmişəm. Material gələsi olmadığından, sadəcə olaraq ərazidə gəzmişəm.
Mən içkinin təsirindən özümdə olmadığıma görə bu əməli törətmişəm. Zərərçəkmiş şəxsin başından vurmamışam. Zərərçəkmiş şəxsin anası telefonuna zəng etdiyinə görə mən də öz hərəkətlərimi dayandırmışam. Törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş Rəşadın sözlərinə görə, oktyabrın 23-də dostu Səmədlə birlikdə Qala qəsəbəsi ərazisində gəzən zaman zibillikdə lambir görüb:
“Dostumla birlikdə həmin lambiri götürərək satmaq və pul əldə etmək qərarına gəldik. Biz elə bildik ki, həmin lambirin sahibi yoxdur, kimsə həmin lambiri zibilliyə atıb. Lambiri götürüb aparmaq istəyən zaman təqsirləndirilən Elmir qarşımıza çıxaraq bizi saxladı və nə üçün lambiri götürdüyümüzü xəbər aldı. Elmir lambirin özünə məxsus olduğunu deyərək bizi oğurluq etməkdə günahlandırdı. Biz Elmirə başa saldıq ki, lambirin yiyəsiz olduğunu düşünüb götürmüşük, əgər ona məxsus olduğunu bilsəydik, heç vaxt götürməzdik.
Elmir bizə inanmadı və bildirdi ki, bir neçə gün bundan əvvəl laqondası da oğurlanıb, həmin laqondanın da tərəfimizdən oğurlandığını dedi. Lakin Elmirə bildirdik ki, onun oğurlanmış laqondansından xəbərimiz yoxdur. Daha sonra həmin şəxs dostum Səmədə bildirdi ki, yerində qalsın. Qolumdan tutub qırağa çəkdi ki, mənimlə tək söhbət etsin. Elmir məni kənara çəkib apararaq uçuq və xarabalıq bir evə gətirdi. Uçuq evə gələn zaman həmin şəxs arxa cibindən bıçaq çıxardı və mənə göstərdi. Əgər dediyini etməsəm, başımı kəsəcəyin ilə hədələdi. Daha sonra çiyinlərimdən tutaraq diz çökməyə məcbur etdi”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra başından yumruqla vuraraq saçından tutub:
“Elmir məni diz çökdürərək şalvarının qabağını açdı. Mənə seksual xarakterli hərəkətlər etməyi məcbur etdi. İlk əvvəl razı olmasam da, sonradan Elmirin məni döyəcəyi və öldürəcəyi ilə hədələyərək qorxutdu. Mən də qorxudan məcbur olub onun dediklərini etdim.
Bu prosesi Elmir öz mobil telefonu ilə videolentə aldı. Elmirə nə qədər yalvarıb belə hərəkət etməməsini bildirsəm də, sözlərimə məhəl qoymayaraq öz hərəkətinə davam etdi. Bu əsnada anam telefonuma zəng etdi. Əvvəl Elmir telefona cavab verməyə imkan verməsə də, sonradan ayağa durub telefonu açıb anama gələcəyimi dedim.
Daha sonra zəngi bağladım. Anam təkrar mənə zəng edən zaman cavab vermək bəhanəsi ilə ayağa qalxdım və Elmirin əlindən qurtularaq qaçdım”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elmir 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


