Bakıda oğurluq hadisəsi baş verib.
Demokrat.azreport-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Səudiyyə Ərəbistan vətəndaşı, 1992-ci il təvəllüdlü Alqatani Mahmud Yasamal Rayon Polis İdarəsinə bununla bağlı müraciət edib.
O bildirib ki, ötən gecə müştərisi olduğu Yasamal rayonunda yerləşən "Renaissance Palace Hotel"ə Fidan adlı qadını çağırıb. Qadın hoteli tərk edərkən turistin 500 manatlıq qol saatını oğurlayıb.
Hazırda qadın Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.


