"İctimai TV"də yayımlanan "Maska" şousunun növbəti buraxılışı baş tutub.
Axşam.az xəbər verir ki, auditoriya bu dəfə "Nar" obrazında olan iştirakçının maskasının açılmasını istəyib.
Sonda "Nar" obrazını oynayan iştirakçının aşıq Samirə Əliyeva olduğu ortaya çıxıb.
Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.


