Sosial Özəl

Kompüterdən istifadə skolyoza səbəb ola bilər — XƏBƏRDARLIQ

Kompüterdən istifadə skolyoza səbəb ola bilər — XƏBƏRDARLIQ

Uzun müddət kompüter qarşısında düzgün oturmamaq skolyoza səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Ortopediya və Travmatologiya Mütəxəssisi Prof. Dr. Mehmet Fethi Ceylan “HaberTürk” vasitəsilə xəbərdarlıq edib.

O bildirib ki, gənclər idman və üzgüçülüklə yanaşı ev işlərində valideynlərinə kömək etməklə əzələ strukturlarını gücləndirməlidirlər:

“Hazırda hər birimiz elektronik cihazlarla daha çox vaxt keçiririk. Təbii ki, bu cihazlarla keçirdiyimiz vaxt həddindən artıq artarsa, duruşumuza diqqət etməliyik. Əgər saatlarla önə əyilmiş qalsaq, bu, onurğa sütununa mənfi təsir göstərəcək.

Saatlarla kompüter qarşısında dərs oxumaq məcburiyyətində qalan gənclər fasilə zamanı bel əzələlərini gücləndirmək üçün məşqlər etsə və ya valideynlərinə ev işlərində kömək etsə, əzələlər daha güclü qalacaq.

Çünki müvəqqəti olaraq əyilmək onurğada heç bir dəyişikliyə səbəb ola bilməz. Ancaq uzun müddət əyilmiş vəziyyətdə qalmağın skalyoza səbəb olma ehtimalı həmişə var".

Aysu Demokrat.az

D
demokrat.az