Region Özəl

Türkiyəyə güclü qar xəbərdarlığı edildi

Türkiyəyə güclü qar xəbərdarlığı edildi

Türkiyənin Qara dəniz, Şərqi və Cənub-Şərqi Anadolu bölgələri üçün güclü qar xəbərdarlığı edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Meteorologiya Müdirliyindən məlumat verilib.

Bildirilib ki, son proqnozlara görə, Qərbi Qara dəniz və Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində qar yağacağı gözlənilir.

Meteorologiya leysan və qar yağması ilə əlaqədar 28 əyalətə "sarı", 3 əyalətə isə "narıncı" kodlu xəbərdarlıq edib.

Aysu Demokrat.az

D
demokrat.az