Hadisə Özəl

Axtarışda olan şübhəlilər saxlanıldı

Axtarışda olan şübhəlilər saxlanıldı

Türkiyədə polis və jandarma əməliyyatları zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 757 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ölkənin paytaxtı Ankarada polis və jandarma qrupları tərəfindən müxtəlif əməliyyatlar həyata keçirilib.

Keçirilən əməliyyatlar nəticəsində, 20 il və daha artıq həbs cəzası olan 7, 10 il və daha artıq həbs cəzası olan 27, 5-10 il arası həbs cəzası olan 38, 5 ilə qədər həbs cəzası olan 244 və bundan əlavə axtarışda olan 441 nəfər saxlanılıb.

Qeyd edək ki, ümumilikdə saxlanılanların sayı 757 nəfərə çatıb.

Aysu Demokrat.az

D
demokrat.az