Gündəm

"AŞPA Fransa və Almaniyanın əlində alətə çevrilib" — QHT sədri

AŞPA Fransa və Almaniyanın əlində alətə çevrilib — QHT sədri

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli mövqeyi həmin təşkilatın insan hüquq və azadlıqlarının müdafiəçisi olmasının yalan üzərində qurulduğunu bir daha təsdiqlədi. Bu qurum üzdə özünü obyektiv, tərəfsiz, hadisələrə hüquqi qiymət verən qurum kimi göstərsə də, gerçəkdə onun niyyəti məkrlidir. AŞPA bu yolun yolçusu olduğunu öz əməlləri və qəbul etdiyi qərarları ilə beynəlxalq aləmə göstərdi. Qış sessiyasının ilk günündə isə bu qurum Fransa və Almaniyanın əlində alətə çevrildiyini açıq şəkildə nümayiş etdirdi”.

Bunu Bakupost.az -a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

AŞPA Fransa və Almaniyanın əlində alətə çevrilib — QHT sədri

O qeyd edib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci ildə torpaqlarının Ermənistan tərəfindən işğalından əziyyət çəkirdi:

"Lakin Avropa Şurası və onun Parlament Assambleyası 2020-ci ildə başlanan Vətən müharibəsinə qədər işğala lazımi qiymət vermədi və bir dəfə də olsun, işğalçını öz adı ilə çağırmadı. Ermənistan da Avropa Şurasına qəbul edilərkən, üzərinə öhdəliklər götürmüşdü. Öhdəliklərinə əməl etməyən Ermənistana heç bir sanksiya tətbiq olunmadı. Avropa Şurası buna göz yumdu, görməzdən gəldi. Ancaq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Qərbi, Avropanın ermənipərəst, islamofob qüvvələrini narahat edir. Ona görə də Azərbaycana qarşı qərəzli olan, siyasi riyakarlıqdan əl çəkə bilməyən AŞPA kimi qurumlar tərəfindən təzyiqlər artır”.

D
demokrat.az