Çində yaşlı qadın 20 milyon yuanlıq (təxminən 2,8 milyon ABŞ dolları) sərvətini it və pişiklərinə vermək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, Şanxayda yaşayan Liu adlı qadın bir neçə il əvvəl bütün var-dövlətini üç uşağına qoyduğunu bildirən vəsiyyətnamə hazırlayıb.
Lakin, o, xəstəliyi zamanı uşaqlarının ona baş çəkmədiyini və baxmadığını bildirərək, mirasla bağlı fikrini dəyişmək qərarına gəlib.
Vəsiyyətini dəyişən qadın, ölümündən sonra bütün var-dövlətinin ev heyvanlarına sərf olunmasını istəyib.
Bu tələbə uyğun olaraq, yerli baytarlıq klinikasının Liunun mülkünün inzibatçısı təyin edildiyi və heyvanlara qulluq üçün məsuliyyət daşıdığı bildirilib.
Aysu Demokrat.az


