Braziliyanın Rio-de-Janeyro şəhərində daşqınlar nəticəsində bir həftə ərzində 12 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, daşqınlar səbəbilə bölgədən 25 min insan təxliyə edilib.
Bir həftədir davam edən hava şəraiti nəticəsində 12 nəfər həyatını itirib, həmçinin magistral yollar və onlarla ev su altında qalıb.
Səlahiyyətlilər bölgələrə təcili humanitar yardımın çatdırılacağını bildirib.
Aysu Demokrat.az


