Cəbrayıl şəhərinin mərkəzinin hansı görkəm alacağını əks etdirən videoçarx hazırlanıb.
Demokrat.azxəbər verir ki, videoda tikililərin səliqəli və müasir üslubda tikiləcəyi yer alıb.
Görüntülərə əsasən, Cəbrayılda istirahət hotelinin inşa olunacağı da məlum olur.
Bu il tikinti işləri başa çatdıqdan sonra yaşayış binalarında 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir.


