Avstraliyanın Sidney şəhərində qəzaya uğrayan kiçik təyyarənin 16 yaşlı pilotu dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Bildirilib ki, yerli uçuş məktəbində qeydiyyatda olan kiçik “Cessna 172” təyyarəsi Camden hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb.
16 yaşlı pilot qısa müddət sonra idarəetmə qülləsi ilə əlaqəni kəsib.
Polis hadisə yerinə gələrək gənc pilotun öldüyünü açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


