Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərtac” İnformasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov Müşahidə Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun rəhbəri Şəfəq Mehrəliyeva, Milli Məclisin deputatı "Trend" informasiya agentliyi baş direktorunun müavini Sevil Mikayılova və BDU Beynəlxalq jurnalistika kafedrasının müəllimi, beynəlxalq jurnalist Vüqar Zifəroğlu üzv seçiliblər.
Agentliyin qarşıdakı fəaliyyət planı və yerli medianın inkişafı üçün atılacaq addımlar barədə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.az-a qısa danışıb:
“Bu barədə nə isə danışmaq hələ tezdir. Çünki hələ Müşahidə Şurası toplanmayıb və müzakirələr aparılmayıb. Bu barədə Müşahidə Şurasında keçiriləcək görüşdən sonra geniş məlumat verə bilərəm”.
Törə Zeynallı Demokrat.az


