Sosial

Qarlı hava tədris prosesinə təsir göstərib? — RƏSMİ CAVAB

Qarlı hava tədris prosesinə təsir göstərib? — RƏSMİ CAVAB

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib, tədris prosesi fasiləsiz davam etdirilir.

Bu barədə Demokrat.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb:

"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır".

D
demokrat.az