Hadisə

Göygöldə iki nəfər dəm qazından boğularaq ölüb

Göygöldə iki nəfər dəm qazından boğularaq ölüb

Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.

"Report" un Qərb bürosunun məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb.

Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova