Hadisə Özəl

Qonşusunu xoruldadığına görə öldürdü

Qonşusunu xoruldadığına görə öldürdü

ABŞ-də qonşusunun xoruldamasından narahat olan şəxs onu bıçaqlayaraq öldürüb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Pensilvaniyada 55 yaşlı şəxs 62 yaşlı qonşusunu yüksək səslə xoruldamasından narahat olduğu üçün bıçaqlayaraq öldürüb.

İki qonşu arasında xəsarətlə nəticələnən mübahisədən sonra hücumçu şəxs həbs edilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova