Sosial

Şəki sakinləri "Açıq mikrofon"da — FOTOLAR

Şəki sakinləri Açıq mikrofonda — FOTOLAR

"Regionlarda təşkil olunan "Səyyar qəbul otağı"nın müsbət nəticəsi kimi Şəki şəhərinin 118 və 119-cu kvartallarının qazlaşdırılması istiqamətində adıçəkilən ərazilərə artıq mal-material gətirilib.

Yaxın zamanda həmin ərazidə qazlaşma işlərinə başlanılacaq.

Bu gün isə "Açıq mikrofon" aksiyası 120 və 121-ci kvartalların sakinlərinin ixtiyarındadır". Bunu Zaqatala RQİİ-nin rəisi aksiya zamanı çıxışında bildirib. Daha sonra sakinlər müraciətlərini ünvanlayıblar. 120 və 121-ci kvartalların sakinləri də tezliklə mavi yanacaqla təmin olunmalarını xahiş ediblər.

Aksiyaya, həmçinin Şəkinin kəndlərindən də sakinlər qatılıb. Bolludərə və Qaratorpaq kəndlərindən gələnlərin də müraciətləri qazlaşdırılma ilə bağlı olub.

Zaqatala RQİİ-nin rəsmiləri səslənən bütün müraciətləri qeydiyyata alıblar.

Şəki sakinləri Açıq mikrofonda — FOTOLAR

Şəki sakinləri Açıq mikrofonda — FOTOLAR

Şəki sakinləri Açıq mikrofonda — FOTOLAR

Şəki sakinləri Açıq mikrofonda — FOTOLAR

D
demokrat.az