Hadisə

Bakıda “Kababçılar” adlanan ərazidə YANĞIN — ANBAAN GÖRÜNTÜ

Bakıda “Kababçılar” adlanan ərazidə YANĞIN — ANBAAN GÖRÜNTÜ

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

*** 09:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Demokrat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

D
demokrat.az