18 mart saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə Vaqif Mustafazadənin anadan olmasının 84 illiyi münasibətilə “Caz axşamı” keçiriləcək.
İlk dəfə olaraq Əməkdar artist Emil Əfrasiyab solo konsert proqramı ilə çıxış edəcək.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, konsertin informasiya dəstəkçilərindən biri Demokrat.az xəbər portalıdır.
Aygün Əlizadə Demokrat.az


