Gündəm Özəl

Balaca rəqqaslar — “Uşaq əməyinin istismarıdır”

Balaca rəqqaslar — “Uşaq əməyinin istismarıdır”

Sosioloq Lalə Mehralı sosial şəbəkə hesabında azyaşlı uşaqların rəqqas kimi toylara cəlb edilməsindən yazıb. O qeyd edib ki, aidiyyətı orqanlar uşaqların bu cür istismarına qarşı tədbir görməlidir: “Bu uşaqlara bu cür oynamağı bir oğlan öyrədir. Valideynlər də uşağa bir instaqram səhifəsi açır, toylara sifariş qəbul edirlər, uşaq toyda oynayır pul müqabilində. Vəziyyət kütləviləşib artıq”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

Balaca rəqqaslar — “Uşaq əməyinin istismarıdır”

“Bir vaxtlar uşaqlar toylarda hər hansı rəqs və ya proqramlara cəlb edilirdi.Bu, kifayət qədər narahatlıq doğurdu və qarşısı alındı. İnstaqramda belə səhifələrin olması ilə bağlı faktlar varsa, o halda bunun monitorinqi keçirilməli və əvvəlcə valideynlərə xəbərdarlıq edilməlidir. Ola bilər ki, valideyn bu faktı istismar kimi deyil, ailəyə dəstək kimi qiymətləndirir. İstənilən halda bu, istismardır hətta uşaq bunu istəsə belə. Qanuna görə gəlir əldə etmək üçün uşaqdan sui-istifadə edilirsə, bu, uşağın əməyinin istismarı kimi qiymətləndirilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova