Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirilən hücumlarda həlak olanların sayı son 24 saatda 142 nəfər artaraq 24 min 762-yə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda, Qəzza zolağında son 24 saatda daha 142 fələstinlinin öldürdüyü, 278 fələstinlinin isə yaraladığını bildirilib.
Ümumilikdə, 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 24 min 762, yaralı sayının isə 62 min 108-ə yüksəldiyi qeyd edilib.
Aysu Demokrat.az


