Son bir ay ərzində dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə artıb.
Demorkat.azYeniavaz.com-a istinadən xəbər verir ki, dünyanın ən böyük ticarət platformalarından biri olan “Global Dairy Trade”də (“Qlobal Süd Məhsulları Ticarəti”) yanvar ayında kərə yağının 1 tonunun orta topdansatış qiyməti 5 906 dollar (1 kq 5,9 dollar və ya 10 manat) olub.
Qeyd edək ki, ötən ayın əvvəlində (5 dekabr) bu göstərici 4 936 dollar (1 kq 4,9 dollar və ya 8,3 manat) olub. Rəqəmlərdən də göründüyü kimi son bir ay ərzində kərə yağının qiyməti təxminən 21% artıb.



