Gündəm Özəl

Peyvənd təqviminə yeni peyvəndlər salına bilər — AÇIQLAMA

Peyvənd təqviminə yeni peyvəndlər salına bilər — AÇIQLAMA

Milli Məclisin Səhiyyə komitəsinin iclasında təklif edilib ki, peyvənd təqviminə yenidən baxılsın və yeni xəstəliklərə qarşı yeni peyvəndlər təqvimə salınsın. Hazırda uşaqlar arasında yayılmaqda olan bəzi infeksion xəstəliklər peyvəndlənmənin önəmli olduğuna diqqət çəkir.

Həkim infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında Milli Məclisdə səsləndirilən təklifə münasibət bildirib:

Peyvənd təqviminə yeni peyvəndlər salına bilər — AÇIQLAMA

"Yeni doğulmuşlara Milli Peyvənd Təqviminə əsasən 6 yaşına kimi bəzi xəstəliklərə qarşı peyvəndlər vurulur. Peyvənd Təqviminə müəyyən dəyişikliklər edilə bilər. Günümüzdə bəzi xəstəliklər yayılmağa başlayır, onlara qarşı peyvəndlər plana salına bilər. Uşaqlar üçün vacib olan yeni peyvəndlərin vurulması erkən vaxta salına bilər, digərləri daha gec vurula bilər. Düşünürəm ki, yeni peyvəndlərin təqvimə salınmasına ehtiyac var".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova