İordaniyanın Suriyanın cənubuna təşkil etdiyi iddia edilən hücumda ən azı 10 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Bildirilib ki, Suriyanın İordaniya sərhədinə yaxın Suveyda şəhərinin Arman qəsəbəsinə təşkil edilən hava hücumunda aralarında uşaqların da olduğu ən az 10 nəfərin öldüyü, çox sayda evin dağıldığı bildirilib.
İngiltərədə yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Armandakı hücumda 5-i qadın, 2-si uşaq olmaqla cəmi 9 nəfərin öldüyünü açıqlayıb və hücumu "qırğın" kimi qiymətləndirib.
Qeyd edək ki, İordaniya hələ də hücumla bağlı rəsmi açıqlama verilməyib.
Aysu Demokrat.az


