Hadisə

Ağstafada avtomobillər toqquşdu: Xəsarət alanlar var

Ağstafada avtomobillər toqquşdu: Xəsarət alanlar var

Ağstafa rayon Köçəsgər kəndində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Demokrat.azxəbər verir ki, xəsarət alan Ağstafa rayon sakinləri - 2012-ci il təvəllüdlü A.Mürsəlov və onun qardaşı, 2013-cü il təvəllüdlü R.Mürsəlov yaxınları tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az