Kriminal Özəl

Tikinti şirkətinin rəhbəri 164 nəfərə qarşı dələduzluq etdi — CİNAYƏT İŞİ

Tikinti şirkətinin rəhbəri 164 nəfərə qarşı dələduzluq etdi — CİNAYƏT İŞİ

"PROGRESS-2016" MTK-nın direktoru Emil Tofiq oğlu Səməndərov və işçisi Günel Ayaz qızı Qulamovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Nurəddin Hüseynlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 14-ə təyin edilib.

Qeyd edək ki, “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Emil Səməndərov və Günel Qulamovanın barəsində Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 164 nəfər zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova