Gündəm Özəl

Paxtaxtdakı sıxlıq qarlı havalarda daha çox problemə səbəb olur — Baş plan çətinlikləri həll edəcəkmi?

Paxtaxtdakı sıxlıq qarlı havalarda daha çox problemə səbəb olur — Baş plan çətinlikləri həll edəcəkmi?

Bakıya qar yağan kimi şəhər iflic olur. Nəqliyyatın hərəkətində problemlər yaşanır, küçələr, yollar suyun, palçığın altında qalır, qazın, suyun, işığın verilməsində fasilələr yaranır, insanların hərəkəti çətinləşir. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda həyata keçirilməsi nəzərdə tutulan işlər qışın gətirdiyi problemlərin həllinə təsir edəcəkmi?

Tikinti üzrə ekspert, memar Muxtar Ərturan Demokrat.az-a açıqlamasında deyib ki, Bakıda yağan güclü yağış və qarın yolları və nəqliyyatın hərəkətini iflic etməsinin səbəbi avtomobil sıxlığıdır:

“Bakının yeni Baş planı, əsasən, yeni infrastruktur layihələrinin icrasına, şəhərin yaşıllaşdırılmasına və yolların genişləndirilməsinə xidmət edir. Yolların genişləndirilməsi ilə bərabər güclü yağış və qar yağması nəticəsində yaranan problemlərin həll edilməsi məqsədilə kanalizasiya xətləri və borular yenilənəcək. Bu, müsbət haldır, lakin heç bir halda yollarda yaranan tıxacların qarşısı bununla alına bilməz. Günü-gündən avtomobil sayının artması və Bakının Azərbaycanda əsas biznes və iş mərkəzi olması buraya paytaxt ətrafı kəndlərdən və regionlardan əhali axınına səbəb olur. Yəni əslində problemin kökü infrastrukturla bağlı deyil, səbəb sıxlıqdır”.

Paxtaxtdakı sıxlıq qarlı havalarda daha çox problemə səbəb olur — Baş plan çətinlikləri həll edəcəkmi?

Ekspert onu da qeyd edib ki, Avropa ölkələrində nazirliklərin bir çoxu şəhərlərdən uzaqda yerləşir:

“Bəzi nazirliklərin, universitetlərin paytaxtda yerləşməsinin mənası yoxdur. İş saatları da tənzimlənsə, qurumlarda, təhsil müəssisələrində işlərin başlanma və bitmə saatları fərqləndirilsə, düşünürəm ki, bu, fəsildən asılı olmayaraq paytaxt yollarının yükünü azaldar.

Paytaxtda parklama yerləri artıq ödənişli olduğuna görə bütün yaşayış massivlərinin, binaların qarşısı avtomobillə doludur. Bu da öz növbəsində yanğınsöndürən maşınların, təcili tibbi yardımın işinə böyük problemlər yaradacaq. Parklamanı ödənişli etmək həll yolu deyil. Həyətyanı sahələr, yollar genişləndirilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova