Hadisə

Mingəçevir İES-də 34 yaşlı fəhlə faciəvi şəkildə həyatını itirdi

Mingəçevir İES-də 34 yaşlı fəhlə faciəvi şəkildə həyatını itirdi

Mingəçevir İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib.

Demokrat.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq vəfat edib.

Qeyd edək ki, Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az