Bu gün səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkinski rayonunda “Wildberries” anbarı yanıb.
Yeniavaz.comRusiya KİV-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi yanğının 70 min kvadratmetr ərazini əhatə etdiyini bildirib.
Yanğın nəticəsində tələfat qeydə alınmayıb, şirkət binadakı insanların təxliyə edildiyini bildirib.
TASS-ın məlumatına görə, yanğının ilkin səbəbi elektrik naqillərində nasazlıq olub. Yanğının baş vermə səbəbləri ilə bağlı rəsmi versiyalar verilməyib.
Rusiyanın böyük onlayn pərakəndə satıcısı olan “Wildberries” artıq müştərilərin itirilmiş sifarişlərə görə geri qaytarılacağını və satıcıların zədələnmiş və ya itirilmiş mallara görə kompensasiya alacağını bildirib.
Bu gönderiyi Instagram'da gör


