"Seçki hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş əsas vətəndaş hüquqlarındandır. Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi xalqdır. Xalq öz iradəsini azad və demokratik seçkilər vasitəsilə ifadə edir".
Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının rəsmisi İlkin Şahbazov Medianın İnkişafı Agentliyi və Mərkəzi Seçki Komissiyasının media nümayəndələri üçün seçkilərlə bağlı təşkil etdiyi təlimdə bildirib. O qeyd edib ki, hər kəsin seçkidə iştirak hüququ var:
"Ölkədə normativ seçki hüququ bazası 2003-cü ildə Seçki Məcəlləsinin qəbul edilməsilə formalaşıb. Bu, Azərbaycanda seçkilərin azad və demokratik şəkildə keçirilməsi üçün mütərəqqi addım idi. Bəzi cəmiyyətlərdə bu günə qədər də seçki məcəlləsi yoxdur", - o əlavə edib.
Törə Zeynallı Demokrat.az


