Ələt-Astara yolunda TIR iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.azxəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Dumanlı havada beynəlxalq yükdaşımaları həyata keçirən qoşqulu yük avtomobili (TIR) idaretməni itirərək yolda olan dəmir arakəsmələrə çırpılıb. Qəza zamanı sürücü xəsarət almasa da avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


