Dünyanın ən sürətli avtomobili “2022 Bugatti Chiron Super Sport 300+” ilk dəfə hərraca çıxarılacaq.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, avtomobil yanvarın 25-də ABŞ-ın “Bonhams Cars”şirkəti tərəfindən təxmini qiyməti 5-5,5 milyon dollar olmaqla satışa çıxarılacaq.
Qeyd edək ki, olduqca rəğbət görən bu avtomobil saatda 490 km-dən çox sürət yığa bilir.
Aysu Demokrat.az


