"KİV seçki proseslərini izləməklə yanaşı, seçki prosesindəki çatışmazlıqları yaxından araşdırmağa çalışmalıdır”.
Demokrat.az xəbər verir ki, bu sözləri bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Azərbaycanda seçkilər zamanı mətbuat mühüm rol oynayır:
“Seçki tarixinə nəzər salsaq görərik ki, KİV seçki zamanı hər zaman əsas rol oynayıb. Ona görə də KİV-lərlə keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir”.
Aysu Demokrat.az


