Çin Ayın qaranlıq hissəsindən nümunələrin toplanması üçün "Chang'i 6" roverini işə salmağa başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Çin Milli Kosmos İdarəsinin yaydığı açıqlamada deyilir.
Açıqlamaya görə, kəşfiyyat vasitəsinin komponentləri iki hərbi yük təyyarəsi ilə Hainan adasına daşınaraq buraxılışın baş tutacağı Vinçanq Kosmik Mərkəzinə gətirilib.
4 hissədən ibarət kəşfiyyat maşını burada yığıldıqdan sonra buraxılışqabağı yoxlamalar aparılacaq.
2024-cü ilin birinci yarısında buraxılması planlaşdırılan "Chang'i 6" roverinin məqsədi Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanmasıdır.
Aysu Demokrat.az


