Siyasət Özəl

Hakan Fidan tacikistanlı həmkarı ilə görüşdü

Hakan Fidan tacikistanlı həmkarı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan paytaxt Düşənbədə Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Tacikistan XİN məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər siyasət, iqtisadiyyat, ticarət, investisiya, təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Görüşlərdən sonra nazirlər Tacikistan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında 2024-2026-cı illəri əhatə edən əməkdaşlıq proqramını imzalayıblar.

Aysu Demokrat.az

D
demokrat.az