“Zeytun budağı” əməliyyatı bölgəsində hücum planlayan 5 nəfər PKK terrorçusu Türkiyə Ordusu tərəfindən məhv edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Zeytun budağı” əməliyyatı bölgəsinə hücuma cəhd edən 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib:
“Sülh və təhlükəsizlik mühitini pozmaq istəyən PKK terrorçularının hücum cəhdlərinə şiddətlə cavab veririk. Qəhrəman komandolarımız daha 5 PKK üzvünü zərərsizləşdirib. Əməliyyatlarımız uğurla davam edir”.
Aysu Demokrat.az


